RegionlarSəhiyyə

Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

728x90

Ermənistanda daha 2 374 nəfərdə koronavirus aşkarlanıb.

“QİA.AZ” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 97 150-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 448-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 389-ə yüksəlib. İndiyədək 58 811 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.

728x90

Əlaqəli xəbər

Back to top button