Region

Ermənistanda seçkilərə qanunsuz müdaxilə ilə bağlı ilk fakt aşkarlanıb

Movavi

Naməlum şəxslər İnsan Hüquqlarının Müdafiəçisi İnstitutu adından insanlara yaxınlaşır və qarşıdan gələn parlament seçkilərində hansı siyasi partiyaya və ya xadimə səs verəcəklərini soruşurlar.

“QİA.az” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqlarının Müdafiəçisi İnstitutunun ofisindən bildiriblər.

“Bütün vətəndaşları məlumatlandırırıq ki, qeyd edilən şəxslərin və ya sorğuların İnsan Hüquqlarının Müdafiəçisi İnstitutu ilə əlaqəsi yoxdur, xüsusən ona ki, təşkilat ümumiyyətlə belə səlahiyyətlərə malik deyil. Bu insanlar sadəcə fırıldaqla müəssisənin nüfuzundan istifadə edirlər.

Buna görə hamını belə yanlış sorğulara məhəl qoymamağa və hər hansı suallara cavab verməməyə çağırırıq”, – deyə təşkilatdan bildirilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button