Region

Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarmayıb.

QİA.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın istefasını tələb edənlər prezidentin təqdimatı baş nazirə qaytardığını iddia edib.

Baş nazir aparatının mətbuat katibi Mane Gevorkyan da sənədi geri almadıqlarını bildirib.

Qeyd edək ki, fevralın 25-də Nikol Paşinyan Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı Armen Sarkisyana təqdimat göndərib. O hələ ki bu sənədi imzalamayıb.

Əlaqəli xəbər

Back to top button