Siyasət

Estoniya BMT Təhlükəsizlik Şurasına 1 aylıq rəhbərlik edəcək

Movavi

İyunun 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına rəhbərlik Estoniyaya keçib.

“QİA.az” “Err.ee” agentliyinə istinadən məlumat verir ki, Estoniya tərəfi öz sədrlik dövrünün əsas prioritetlərinin təhlükəsizlik risklərinə və dünyada insan hüquqlarının təmin edilməsinin vacibliyinə diqqətin yönəldilməsi olduğunu bəyan edib.

Estoniya həmçinin Əfqanıstanda vəziyyətin yaxşılaşmasına da töhfə vermək niyyətindədir. Belə ki, Estoniya Norveçlə birlikdə Təhlükəsizlik Şurasında bu mövzu üzrə danışıqların əsas vasitəçisidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında sədrlik onun daimi və müvəqqəti üzvləri arasında əlifba sırası ilə dəyişir. Hər ölkə bu vəzifəni 1 aylıq müddətə turur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button