Sosial

Etik davranış qaydalarının ən çox hansı qurumlarda pozulduğu açıqlanıb – SİYAHI

Movavi

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 1044 intizam tənbeh tədbirinin təhlilinin nəticələri açıqlanıb.

“QİA.az”ın xəbərinə görə, dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabata əsasən, Daxili İşlər Nazirliyi üzrə 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 88, Dövlət Gömrük Komitəsi üzrə 33, Xarici İşlər Nazirliyi üzrə 10, İqtisadiyyat Nazirliyi üzrə 7, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə 2, Ali Attestasiya Komissiyası üzrə 1, Maliyyə Nazirliyi üzrə 1, Energetika Nazirliyi üzrə 1, Dövlət Miqrasiya Xidməti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilən 1044 intizam tənbeh tədbirindən 705-i töhmət, 292-si dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azaldılması, 8-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 201 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Masallı Rayon İcra Hakimiyyəti üzrə 19, Lerik Rayon İcra Hakimiyyəti üzrə 16, Qobustan Rayon İcra Hakimiyyəti üzrə 12, Samux Rayon İcra Hakimiyyəti üzrə 11, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə 11, Tərtər Rayon İcra Hakimiyyəti üzrə 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə 1, Qax Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button