İKT

“EUROPA 2021” müsabiqəsində Azərbaycanı təmsil edən poçt markası hazırlanıb

Movavi

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.

Bu barədə “QİA.az”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyə məxsus “Azərmarka” MMC bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markalarını dövriyyəyə buraxıb. Belarusun Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

“Qafqaz bəbirinə həsr edilmiş poçt markası “EUROPA 2021” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edir. Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq. Hazırda ölkəmizi təmsil edən markaya dəstək olmaq imkanı var.

Səs vermək üçün bu linkə (https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.

Zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb”, – deyə məlumatda qeyd olunub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button