Texnologiya

Facebookun istifadəçiləri üçün zərərli olduğu bəlli olub

Facebook tərəfindən aparılan araşdırmaya görə, 2,9 milyard istifadəçisindən təxminən hər səkkizinci şəxsin sosial şəbəkədən asılılıq kimi problemləri var.

Platformadan istifadənin yuxuya, işə, uşaq tərbiyə etməyə, işdəki məhsuldarlığa və ya münasibətlərə mənfi təsi etdiyi bəlli olub. Bəzi insanlar daim xəbər lentini izlədikləri üçün kifayət qədər yatmırlar, bəzi hallarda valideynlər uşaqlarının qayğısına qalmaqdan və ya onlarla ünsiyyət qurmaqdansa Facebook-a daha çox diqqət yetirirlər.

Bu kimi çətinliklər Facebook istifadəçilərinin 12,5 faizini və ya 360 milyondan çox insanı əhatə edir. ABŞ-da şəbəkədən asılı istifadəçilər təxminən 10% təşkil edir, ancaq “şirkətin ən böyük bazarı” olan Filippin və Hindistanda isə bu rəqəm 25%-ə çatır.

Mütəxəssislərin fikrincə, Meta şirkətinə məxsus olan Instagram və WhatsApp da daxil olmaqla, digər proqramların istifadəçilərində də asılılıq yaranıb.

Əlaqəli xəbər

Back to top button