Dünya

Gələcək pandemiyalara hazırlıqla bağlı tədbir keçiriləcək

Movavi

Ümumdünya Səhiyyə Assambleyasının (Ümumdünya Səhiyyə Təşkilatının qərarvermə qurumu) bu ilin noyabr ayında gələcək pandemiyalara hazırlıq məsələlərinə həsr olunmuş xüsusi iclası keçiriləcək.

QİA.AZ xəbər verir ki, bu barədə 24-31 may tarixlərində onlayn formatda keçirilən 74-cü Ümumdünya Səhiyyə Asambleyasında qərar çıxarılıb.

Qərara görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoruna “pandemiyaya hazırlıq və cavab tədbirlərilə bağlı konsepsiya, saziş və ya başqa beynəlxalq alət” hazırlamaq üçün bu ilin noyabr ayında Ümumdünya Səhiyyə Assambleyasının xüsusi sessiyasını çağırmaq təklifi irəli sürülür.

Noyabrın 29-dan dekabrın 1-dək keçirilməsi təklif olunan sessiyada həmin sənəd hazırlanarkən ÜST-ün fövqəladə vəziyyətlərə daha çevik və səmərəli cavab verməsilə bağlı bu gün başa çatan sessiyada ekspertlər tərəfindən səsləndirilən təkliflərin də nəzərə alınmasının vacibliyi qeyd olunur.

Xüsusi sessiyanın tarixi barədə yekun qərar Ümümdünya Səhiyyə Təşkilatı icraiyyə komitəsinin iyunun 2-də başlayacaq 149-cu sessiyasında veriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button