Cəmiyyət

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa Nümayəndəliyi gənclərlə görüş keçirib-Foto

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə bağlı bir qrup Ağstafa gənci ilə görüş keçirib. Görüş “Ulu öndər və gələcəyimiz” layihəsi çərçivəsində təşkil edilib.

Mərkəzdən QİA.AZ-a verilən məlumata görə, gənclər ilk öncə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarx izləyib. Daha sonra müstəqilliyimizin bərpasının önəmindən, respublikamızın son 30 ildə keçdiyi böyük inkişaf yolundan, həmçinin, Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən söhbət açılıb.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən fəaliyyətə başlayıb. Hazırda ölkənin 46 şəhər və rayonunda fəaliyyət göstərir.

Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunmasıdır.

Əlaqəli xəbər

Back to top button