Elm və Təhsil

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru gənclərlə görüşüb-FOTO

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov müəssisəmizdə gənclərlə görüşüb və öz təcrübələrini onlarla bölüşüb.

QİA.AZ xəbər verir ki, görüş zamanı gənclərlə görüşün hər zaman maraqlı və yaddaqalan olduğunu deyən rektor şəxsi inkişaf və karyera sahəsində əldə etdiyi uğurlardan danışıb. Uğura gedən yolda əldə etdiyi təcrübələrə diqqət çəkən Şahin Bayramov gənclərə hər zaman irəli doğru addımlamağı, maneələr qarşısında geri çəkilməməyi tövsiyə edib. Yaxşı təhsilin gələcək karyera həyatına təsir göstərdiyini qeyd edən rektor ölkəmizdə və xaricdə aldığı təhsil həyatı ilə bağlı məlumat verib. Təhsilin şəxsi inkişafı və karyerasına təsirinə toxunan Şahin Bayramov ölkəmizdə gənclərin öz potensiallarını reallaşdırması üçün hərtərəfli imkan yaradıldığını bildirib.

Şahin Bayramov: “Gənclər bu gün əsas təhsildən kənarda yeni bacarıqlar yaradan təlim, treninqlərə maraq göstərir. Mən də bu sahədə çox şanslı olmuşam, təhsil aldığım müddət ərzində bu kimi fəaliyyətlərdə yaxından iştirak etmişəm. Bu təlim, treninglər bizə çoxsaylı bacarıqlar, əlavə təcrübələr, yaxşı dostlar və tərəfdaşlar qazandırır.”

Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib. Sonda gənclərlə xatirə şəkli çəkdirilib, istedadlı gəncimiz Kəklik Yusifovanın əl işi olan rəsm əsəri hədiyyə olunub.

Əlaqəli xəbər

Back to top button