Dünya

G7 liderləri koronavirusun yaranma səbəblərini müzakirə ediblər

Movavi

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Karbis-Bey sammitində yeni koronavirusun yaranma səbəbini müzakirə ediblər.

“QİA.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusun bəyanatına istinadən PA agentliyi bildirib.

“Biz mənşəyi (virusun-red) müzakirə etdik”, – Qebreyesus ötən il bütün dünyanı bürümüş infeksiyanın yaranmasının müxtəlif versiyaları haqqında danışaraq deyib. O, əlavə edib ki, bu mövzuya ətraflı toxunulub.

“Biz hesab edirik ki, bütün versiyalar müzakirə edilməlidir və əslində mənşəyi müəyyənləşdirmək üçün ikinci mərhələyə keçməliyik”, – deyə ÜST rəhbəri vurğulayıb.

Qebreyesus qeyd edib ki, dünyada koronavirusdan demək olar, 3,75 milyon insan ölüb. Bu insanlara hörmət əlaməti olaraq virusun mənşəyini aydınlaşdırmaq lazımdır ki o yenidən yayılmasın.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button