Hadisə

Göygöldə 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Movavi

Göygöldə fəaliyyət göstərən kafelərin birində 2 qardaşa xəsarət yetirməkdə şübhəli bilinən gənc saxlanılıb.

Rayonun Quşqara kəndində Sənan İsmayılova kəsici ailətlə, onun qardaşı Əkbər İsmayılova isə pivə qədəhi ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs, 2001-ci il təvəllüdlü Kənan Axundov saxlanılıb.

Qeyd edək ki, tərəflər arasında mübahisə kafelərin birində yaranıb. Bu zaman S.İsmaylova kəsici ailətlə boğaz nahiyəsindən, qardaşına isə başından xəsarət yetirilib.

Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. S.İsmaylovun vəziyyəti kafi, qardaşının vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button