Region

Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını bərpa etməyə hazırdır

Movavi

“Pandemiya imkan verən kimi delimitasiya və demarkasiya üzrə Gürcüstan-Azərbaycan birgə komissiyası fəaliyyətini tam yenilənmiş tərkibdə bərpa edəcək”.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlələ açıqlamasında bildirib.

O deyib ki, bu ilin sentyabrında azərbaycanlı həmkarının Gürcüstana səfəri çərçivəsində David Qareci abidəsi məsələsi də müzakirə olunub: “Ceyhun Bayramov yeni detallarla tanış olub və ona yeni miqyaslı xəritələr təqdim olunub”.

XİN başçısı qeyd edib ki, sərhəd məsələsinin Azərbaycan və Gürcüstanın strateji maraqlarına uyğun razılaşdırılması hər iki ölkənin maraqları daxilindədir: “Pandemiya fürsət verən kimi Gürcüstan danışıqları bərpa etməyə hazır olacaq. Bu, hər iki tərəfin marağındadır”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button