Region

Gürcüstan hərbçiləri NATO-nun Qara dənizdəki təlimlərinə qatılıb

Movavi

Gürcüstan hərbçiləri ötən gün Qara dənizdə start götürən NATO-nun “Sea Breeze-2021” çoxmillətli təlimlərində iştirak edir.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təlimə Sərhəd Polisinin Sahil Mühafizəsi İdarəsinin iki patrul gəmisi qatılacaq.

Müdafiə Qüvvələrinin batalyonu səhra, dalğıclar qrupu isə Odessa limanında dəniz-dalğıc təlimlərində iştirak edəcək.

“Sea Breeze -2021”ə həmçinin DİN və Müdafiə Nazirliyinin 5 zabiti də cəlb olunub.

Qeyd edək ki, ABŞ və Ukrayna hərbi dəniz qüvvələrinin birgə təşkil etdiyi təlimlərə 32 ölkə qatılıb. İyulun 10-dək davam edəcək manevrlərə 5 minə yaxın hərbçi, 32 gəmi və 40 təyyarənin cəlb edilməsi planlaşdırılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button