RegionGündəm

Gürcüstanda kütləvi toplantılarda iştirak qaydası sərtləşdirilir

Movavi

Gürcüstanda treninq, konfrans və seminarlarda iştiraka öncədən aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayışı təqdim edən şəxslər buraxılacaqlar.

QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu, Gürcüstan hökumətinin izolyasiya və karantin qaydalarına edilən düzəlişlərdə əks olunub.

Sənədə əsasən, yaşı 18-dək olan yeniyetmələr üçün idman turnirləri və məşqlərin keçirilməsinə icazə yalnız bütün iştirakçıların qeyd olunan arayışı əsasında icazə veriləcək.

Təşkilati formasından və yerindən asılı olmayaraq düşərgə tipli toplantılar qadağan edilib.

Düzəlişlər iyulun 19-da qüvvəyə minəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button