GündəmRegion

Gürcüstanda meşədə itkin düşən 7 gənc tapılıb – YENİLƏNİB

Movavi

Gürcüstanın Abastumani kurort qəsəbəsində meşədə itkin düşən 7 gənc tapılıb.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, gənclərin hamısı sağ-salamatdır və həyatları üçün heç bir təhlükə yoxdur.

Axtarış-xilasetmə əməliyyatında 50-yə yaxın xilasedici və reyncer iştirak edib.

13:28

Gürcüstanın Abastumani kurort qəsəbəsində 7 gənc itkin düşüb.

“QİA.az” xəbər verir ki, onlarla əlaqə üç gün öncə kəsilib.

Meşəyə piknikə yollanan gənclərin axtarışlarına 40 nəfər xilasedici və reyncer, həmçinin dron da cəlb olunub.

İtkin düşənlərin birinin Axaltsixedən olan müəllim, digərlərinin isə onun tələbələri olduğu bildirilir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button