RegionSəhiyyə

Gürcüstanda son sutkada koronavirusa 2 012 nəfər yoluxub, 25 pasiyent ölüb

Movavi

Gürcüstanda ötən sutkada daha 2 012 nəfərə koronavirus diaqnozu qoyulub, 2 638 nəfər sağalaraq evə buraxılıb, 25 pasiyent isə vəfat edib.

QİA.AZ Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 224 155 nəfər yoluxub ki, onların da 208 951-i sağalıb, 2 443-ü isə ölüb.

Karantin zonalarında 401, stasionar nəzarətdə 5 480 nəfər var. 1 287 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button