Gündəm

Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib

Finlandiya Azərbaycanlıları Assosiasiyası və Azərbaycanlı Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Finlandiya parlamentinə, ölkənin insan hüquqları üzrə müvəkkilinə və Avropa Parlamentində təmsil olunan fin deputatlarına müraciət edib.

Azərbayan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtayın imzaları ilə sözügedən qurumlara və siyasətçilərə ünvanlanan müraciətdə XX əsrin böyük faciəsi adlandırılan Xocalı soyqırımı barədə müfəssəl məlumat verilib.

Bildirilib ki, Ermənistanın təcavüzkar hərəkətləri bütün beynəlxalq konvensiyalara, qətnamələrə, hüquq normalarına, prinsiplərinə və insanlığa ziddir. Ermənilərin törətdikləri soyqırımı təkcə azərbaycanlıları deyil, dünyanın bütün tərəqqipərvər və vicdanlı insanlarını kədərləndirib.

Dünyanın bir sıra ölkələrinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını xatırladan müəlliflər Finlandiya qanunvericilik orqanını da bu addımı atmağa çağırıblar: “İnanırıq ki, hümanist dövlət kimi Finlandiya bu hadisəyə və böyük fəlakətə biganə qalmayacaq. XX əsrin sonunda baş vermiş Xocalı qırğınına hüquqi-siyasi qiymət veriləcək və insanlığa qarşı soyqırımı kimi dəyərləndiriləcək”.

Əlaqəli xəbər

Back to top button