Dünya

Hindistanda yaşayış binası uçub, 11 nəfər ölüb

Movavi

Hindistanın Mumbay meqapolisində yaşayış binasının uçması nəticəsində azı 11 nəfər həlak olub.

“QİA.az” xəbər verir ki, NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, ikimərtəbəli bina digər tikilinin üstünə aşıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Hakimiyyət orqanları güman edir ki, dağıntılar altında qalanlar var.

“India Today” jurnalı da öz növbəsində hadisə zamanı 11 nəfərin həlak olduğunu, 7 nəfərin xəsarət aldığını xəbər verib. Qeyd edilir ki, xilasedicilər dağıntılar altından 15 nəfəri çıxarmağa müvəffəq olublar.

Xilasedicilər həmçinin digər üçmərtəbəli binadan da sakinləri təxliyə edirlər. Məlumata görə, həmin bina da qəza vəziyytətindədir.

Hindistanda yaşayış binası uçub, 11 nəfər ölüb
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button