Texnologiya

“Huawei” smartfonlar üçün yeni əməliyyat sistemini təqdim edib

Movavi

İyunun 2-də Çinin “Huawei” telekommunikasiya kompaniyası smartfonlar üçün hazırladığı (ОС) Harmony 2.0 əməliyyat sisteminin təqdimatını keçirib. QİA.AZ Çin KİV-lərinə istinadla xəbər verir ki, təqdimat mərasimi kompaniyanın saytında canlı yayımlanıb.

Bundan öncə kompaniya tərəfindən hazırlanan əməliyyat sistemi ağıllı televizorlarda və aksesuarlarda istifadə edilirdi.

“Harmony OS” əməliyyat sistemini hələ 2019-cu ilin avqustunda təqdim edən “Huawei” onun “Android” əməliyyat sistemini əvəz edə biləcəyini bildirmişdi. Kompaniya 2021-ci ilin sonuna qədər bu sistemlə təchiz edilmiş cihazlarının sayının 300 milyon ədədə çatdırmağı proqnozlaşdırır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button