Futbol

İbrahimoviç özü barədə filmi təqdim etdi

Movavi

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib.

QİA.AZın məlumatına görə, “Mən Zlatanam” adlı əsər sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.

Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç “Malmö”sünün (1999 – 2001) yetirməsidir. O, daha sonra Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və ABŞ-ın “Los-Anceles Qelaksi” komandalarında oynayıb. 2001 – 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm “Milan”a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button