Energetika

İEA: Bu il TAP ilə 5 mlrd kubmetrdən çox qazın nəql ediləcəyi gözlənilir

Movavi

Azərbaycan təbii qazını Avropaya çatdırılmasını həyata keçirən Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə bu ilin birinci yarısında 3 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu barədə QİA.AZ Beynəlxaq Enerji Agentliyinin (İEA) hesabatına istinadən xəbər verib.

Məlumata görə, bu il ərzində isə bu boru kəməri ilə nəql ediləcək qazın həcmi 5 milyard kubmetri keçəcəyi gözlənilir.

Hesabatda deyilir ki, ümumilikdə Avropanın boru kəmərləri ilə qaz idxalı 2020-ci ildə 10 %-dan çox azalıb. Bu kəskin azalmaya səbəb Rusiya, Şimali Afrika və İrandan nəqletmənin azalmasıdır.

Bu müddət ərzində Norveçə boru kəmərləri ilə təchizat sabit qalıb, Azərbaycandan ixrac isə illik 20 %-dən çox artıb.

Hesabatda deyilir ki, Azərbaycanın ixracı illik göstəricidə 20 %-dən çox artıb. Rusiya və Şimali Afrikadan idxalın artması və Azərbaycan qazının TAP vasitəsilə İtaliya və Cənub-Şərqi Avropaya idxal həcmlərinin artması ilə əlaqədar 2021-ci ildə boru kəməri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir.

Hesabatda həmçinin qeyd olunur ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanda təbii qaz hasilatı ötən illə müqayisədə 8 % artıb. Bu, ixracın illik 40 %-dən çox artması ilə əlaqədar olub. TAP vasitəsilə tədarük bu ilin ilk beş ayı ərzində 2,5 mlrd kubmetrə çatıb”.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button