İkinci Qarabağ müharibəsi ilə bağlı “Vikipediyada” hansı işlər görülür?

İkinci Qarabağ müharibəsi – döyüş əməliyyatları, hərbçilər, Vətən müharibəsi qəhrəmanları və şəhidlər haqqında xarici dillərdəki “Vikipediya”da məqalələrin yaradılması prosesi davam etdilir.

QİA.AZ xəbər verir ki, bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, “Vikipediya” könüllüləri Vətən müharibəsinin informasiya cəbhəsində öz üzərlərinə düşən işi şərəflə yerinə yetirirdilər. Bu gün də Azərbaycanca “Vikipediya” icmasının istifadəçiləri tərəfindən onlayn ensiklopediyada şəhidlərimiz haqqında doğma dilimizdə məqalə yaradılması davam edir: “Həmçinin, xarici dil bölmələrində etibarlı mənbələrlə Vətən müharibəsinə aid məqalələr yaradılır və təkmilləşdirilir.

“Viki” könüllülərin fəaliyyəti düşmənin bizə qarşı apardığı informasiya savaşının qarşısının alınmasında xüsusi önəm daşıyır. Bu günədək 2000-dən çox Vətən müharibəsi şəhidi haqqında məqalə yaradılıb. Eyni zamanda, hazırda ikinci Qarabağ müharibəsi, döyüş əməliyyatları, hərbçilər, Vətən müharibəsi qəhrəmanları və şəhidlər haqqında xarici dillərdəki “Vikipediya”da məqalələrin yaradılması prosesi davam etdilir.

Qeyd edim ki, Vətən müharibəsi başlanan gündən “viki” könüllülər səfərbər olmuşdular. Düşmənin informasiya müharibəsində bizə qarşı apardığı təxribatların qarşısını almaq üçün gecə-gündüz çalışır, həmçinin onlara faktlarla tutarlı cavablar verirdilər. Həmin vaxt könüllülər müzakirələrdə də fəal iştirak edirdilər. Onlar əleyhimizə yönələn fikirlərin qarşısını almaq üçün əsaslı mənbələrlə çıxış edirdilər. Azərbaycanca “Vikipediya” icmasının üzvləri hər zaman şəhidlərimiz haqqında məqalələrin yaradılmasını diqqətdə saxlayırlar”.

Oxşar Xəbərlər