Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən nəşr edilən kitabın Şəki Tarix və Diyarşünaslıq Muzeyində təqdimatı keçirilib.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, f.f.d. Əhməd Niyazovun geniş oxucu kütləsi üçün hazırladığı “XIX əsr Azərbaycanın şimal-qərbində (Qanıx-Həftəran vadisi) dini həyat, elm və mədrəsələr” kitabının II nəşri bölgədə oxuculara təqdim edilib.
Daha sonra kitabın müəllifi çıxış edib. Dinləyicilərə xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərlərimizdən, onların qorunaraq gələcək nəsillərə çatdırılmasından söhbət açıb. Tədbirin sonunda müəllif sualları cavablandırdıqdan sonra iştirakçılara kitab hədiyyə edib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.