Qarabağ münaqişəsi

İlham Əliyev: “Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq”

Movavi

“Bu gün Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaradıb. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmirdi. Bir çox ölkələrin maraqlarını təmin edirdi. O cümlədən region ölkələrin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlıq formatımız var. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem unudulmuş vəziyyətdə qala bilərdi”, – Dövlət başçısı qeyd edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button