SiyasətManşetRəsmi Xronika

İlham Əliyev İsrailin yeni Prezidentini təbrik edib

Movavi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

“QİA.az”ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Hersoq,

İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button