İdman

İlin döyüşkən idmançısı müəyyənləşdi

Movavi

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2020” layihəsi üzrə ilin döyüşkən idmançısı müəyyənləşib.

“QİA.AZ”ın məlumatına görə, bu nominasiyada şəhid cüdoçu Cəbrayıl Dövlətzadə birinci olub.

51 KİV-in qatıldığı səsvermədə Cəbrayıl Dövlətzadə 33 səs yığıb. Jurnalistlərdən 5-i şəhid Xudayar Yusifzadəyə, 5-i Tofiq Musayevə, 3-ü şəhid Cavid Hüseynova səs verib.

Əfqan Xaşalov, qazi Qalib Əliyev, qazi Elxan İsayev, Eldəniz Əzizli və Orxan Səfərov hərəyə 1 səs yığıblar.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri “eTopaz”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “İl Azero”, təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button