İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ambon şəhərindən 457 kilometr cənub-şərqdə, ocağı isə 95 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Oxşar Xəbərlər