Dünya

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 34-ə çatıb

728x90

İndoneziyanın Şərqi Yava əyalətində Semeru püskürməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.

QİA.AZ xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, vulkan bölgəsində daha 12 nəfərin meyiti tapılıb. İtkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Vulkan püskürməsindən zərər çəkən 169 nəfər xəstəxanalarda müalicə alır.

Xatırladaq ki, Lumajang rayonunda 3 676 metr yüksəklikdə yerləşən vulkanın püskürməsi dekabrın 4-də baş verib. Təxminən 3700 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Ümumilikdə 3 minə yaxın ev və 24 məktəb binasına ziyan dəyib.

728x90

Əlaqəli xəbər

Back to top button