GündəmTexnologiya

İnstagram istifadəçiləri üçün daha bir təhlükə -XƏBƏRDARLIQ (FOTO)

Sosial şəbəkələrdə aktiv olan hər kəs ilk növbədə istifadə etdiyi profilin təhlükəsizliyini təmin etməlidir. Əks halda, sosial şəbəkədə istifadə edilən hesablar başqaları tərəfindən oğurlana bilər.

Məlumdur ki, günümüzdə bir çox insan fəal İnstagram istifadəçisidir. “QİA.AZ”-ın məlumatına görə, ən çox istifadə olunan və maraq göstərilən bu sosial şəbəkədə, şəxsi hesablara hücumlar da digər platformalardan daha çox olur.

Hazırda bir çox sosial şəbəkə istifadəçisi tərəfindən İnstagram profillərinin oğurlanması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Məsələ ilə bağlı araşdırma apardıqda məlum olur ki, hansısa dırnaqarası özünü xaker adlandıran şəxslər istifadəçilərin şəxsi mesaj qutularına öncədən hazırlanmış müəyyən link göndərərək, onların şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar.

Bunun olmaması üçün tanımadığınız şəxslərdən gələn mesajlara cavab verməmək və həmin linklərə qəti şəkildə daxil olmamaq lazımdır.

Qarabağ İnformasiya Agentliyi həmin dələduzların göndərdikləri təhlükəli məktub formasını təqdim edir:

Əlaqəli xəbər

Back to top button