Dünya

İran-Əfqanıstan gömrüyündə partlayış baş verib – FOTO

İranın Rəzəvi Xorasanı vilayətində Əfqanıstanla sərhəddə yerləşən Doğarun gömrüyündə (Əfqanıstanda İslamqala) neytral zonada saat 12:30 radələrində qaz tankeri partlayıb.

“QİA”-nın məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, ehtimal olunan təhlükələrin qarşısının alınması üçün yük maşınlarının uzaqlaşmasına şərait yaradılıb.

Lətifi əlavə edib ki, yanğınsöndürmə və xilasetmə qurumlarının əməkdaşları baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunub.

Qeyd edək ki, baş verən partlayışda yanacaq daşıyan bir neçə yük maşınının yandığı bildirilir. Yanğın hələ də davam edir. Ölən və ya yaralananlar haqda məlumat verilməyib. Hadisənin səbəbi açıqlanmayıb.

Əlaqəli xəbər

Back to top button