İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Oxşar Xəbərlər