İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.

“QİA.AZ” xəbər verir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.

Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda “Pfizer COVID-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.

Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.

Oxşar Xəbərlər