Qarabağ münaqişəsiRegionlar

İstanbulda Şuşanın azad olunması münasibəti ilə aksiya keçirilib

Movavi

İstanbulun “Beyazit meydanı”nda Azərbaycan Ordusunun son uğuru – Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə izdihamlı aksiyası təşkil olunub.

QIA.AZ yerli bürosu xəbər verir ki, aksiyada Türkiyənin müxtəlif şəhərlərində yaşayan həmvətənlərimiz və qardaş türk xalqının nümayəndələri iştirak ediblər.

Kütləvi tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının İstanbul şəhərindəki vitse-konsulu Ramiz Hacızadə çıxış edib. O, Azərbaycan Ordusunun tarix yazdını bildirib, zəfər xəbərləri münasibətilə hər iki qardaş ölkəni təbrik edib. R.Hacızadə Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam etdirdiyi işğalçılıq siyasətindən bəhs edib, qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürurverici olduğun deyib.

“Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirildiyi mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib. Bir neçə saat davam edən aksiyada vətənpərvərlik mahnıları ifa olunub, könüllü olaraq Azərbaycan ordusunda xidmət üçün yazılan gənclərin çıxışları dinlənilib. Onlar müzəffər Azərbaycan Ordusunun yanında olduqlarını deyərək, qələbə diləyiblər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button