Dünya

İtaliya koronavirusa qarşı məhdudiyyətləri sərtləşdirir

İtaliya Nazirlər Şurası koronavirus və onun yeni növlərinin yayılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsinə qərar verib.

QİA” nın verdiyi məlumata görə, İtaliyada regionlar arası səyahət qadağasının 25 fevrala qədər uzadıldığını istefaya gedən baş nazir Cuzeppe Konte elan edib.

Bundan əlavə, 14 fevraldan Abruzzo, Liquriya, Toskana regionları və Trentino muxtar bölgəsindəki epidemioloji vəziyyətə “narıncı səviyyə” veriləcək. Bundan irəli gələrək sözügedən yerlərdə restoran və muzeylər bağlanacaq.

İtaliyanın qalan bölgələri “sarı” zonada qalır: bar və restoranlar yerli vaxtla saat 18:00-a qədər ictimaiyyətə açıqdır, gecələr ölkədə komendant saatı tətbiq olunur.

Əlaqəli xəbər

Back to top button