Hadisə

Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanılıb

Movavi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “QİA.az”a verilən məlumata görə, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Kəlbəcərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərənlər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button