Dünya

Kanadada iki kilsə yanıb

728x90

Kanadanın Ontario əyalətində noyabrın 2-də yerli vaxtla gecə saatlarında iki kilsədə yanğın baş verib.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, hadisə Ontario əyalətinin cənub-qərb hissəsində baş verib. Hər iki ibadət ocağı Anklikan kilsəsinə məxsusdur.

Polis kilsələrin qəsdən yandırılmasından şübhələnir. Hadisə ilə bağlı araşdırma aparılır.

728x90

Əlaqəli xəbər

Back to top button