Digər ölkələr

Kanadada isti hava rekordu yenilənib

Movavi

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətindəki Litton şəhərində 46,6 dərəcə isti hava qeydə alınıb.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli meteorologiya xidməti tvitterdə məlumat yayıb.

Xidmətdən bildirilib ki, bu, ölkə tarixi ərzində rekord göstəricidir.

Meteoroloqların verdiyi məlumata görə, əvvəlki rekord 5 iyul 1937-ci ildə Saskaçevan vilayətinin iki məntəqəsində – Yellou Qrəss və Mideyldə qeydə alınmış və havanın istiliyi 45 dərəcə təşkil etmişdi.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button