Komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar

Okt31,2021

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Oxşar Xəbərlər