Konqoda kəndə silahlı hücum edilib, 12 nəfər ölüb

Noy28,2021

Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 12 nəfər ölüb.

QİA.AZ” RİA “Novosti”yə istinadən xəbər verir ki, hücumda CODECO qrupunun silahlıları şübhəli bilinir.

“On iki cəsəd noyabrın 28-də Cuqu ərazisindəki Drodro kəndi yaxınlığında tapılıb. Yerli vətəndaş cəmiyyəti qeyd edir ki, onlar bu səhər CODECO yaraqlılarının hücumundan sonra tapılıb”, – “Okapi” radiosunun açıqlamasında deyilir.

Bildirilib ki, Konqonun silahlı qüvvələrinin mövqeləri və məcburi köçkünlərin yerləşdiyi yerlərə hücum edilib. Mənbələr qeyd edib ki, ölənlərin sayı 23-ə çata bilər.

Oxşar Xəbərlər