İdmanSəhiyyə

Koronavirusla bağlı zarafat edən İtaliya yığmasının baş məşqçisi COVID-19-a yoluxdu

Movavi

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini COVID-19-a yoluxub.

Bu barədə “QIA.AZ” İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Qeyd edilir ki, mütəxəssis simptomsuz virusun daşıyıcısıdır və hazırda Romadakı evində təcridetmədədir. Məşqçi karantin müddətinin başa çatmasından sonra işə başlayacaq.

Xatırladaq ki, Mançini oktyabrın sonlarında özünün instaqramdakı səhifəsində koronavirus pandemiyası mövzusunda satirik şəkil paylaşıb. Fotoda tibb bacısı xəstəxanadakı pasiyentdən soruşub: “Siz necə yoluxdunuz?”. Pasiyent “xəbərlərə baxırdım”, – deyə cavab verib. İtaliya yığmasının baş məşqçisinin paylaşımı sosial şəbəkə istifadəçilərinin reaksiyaları ilə qarşılaşıb. Mançini bundan sonra paylaşımına yazılan şərhləri dayandırıb.

Roberto Mançini Peterburq 2018-ci ildə “Zenit”indən getdikdən İtaliya yığmasına başçılıq etməyə başlayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button