Dünya

Latviya XİN başçısı Gürcüstana səfər edəcək

Movavi

Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs iyunun 7-də Gürcüstana rəsmi səfər edəcək.

“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

İkigünlük səfər çərçivəsində XİN başçısı Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə təkbətək görüş keçirəcək. Daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutacaq.

E.Rinkeviçs həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili və parlament sədri Kaça Kuçava ilə də görüşəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button