İdman

Lüis Hemilton: “Bakıdakı əsas yarışda vəziyyət daha yaxşı olacaq”

Movavi

“Bu, bizim üçün çox böyük nəticədir. Mübarizəyə davam edəcəyik”.

“QİA.az”ın məlumatına görə, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turunu ikinci pillədə bitirən “Mercedes” pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu daha yaxşı olmaq üçün mühəndislərlə birlikdə fürsət axtarmağa davam edəcəklərini bildirib: “Bütün gecə çalışmışıq. Komanda əla nəticə qazandı. Hava kömək etdi? Bilmirəm. Burada qüsursuz yarışmaq çətindir. Sürətli dövrədə templə bağlı problemlərimiz var, amma əsas yarışda vəziyyət daha yaxşı olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2″də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button