Mədəniyyət nazirliyində iki yeni şöbə yaradılıb

Azərbaycan mədəniyyətinin dünyada təbliği proiritet məsələlərdəndir.

Bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, mədəniyyət sahəsində hüquqi baza təkmilləşdirilir.

O bildirib ki, nazirlik yeni mədəniyyət strategiyasına başlayıb.

“Mədəniyyətin əlçatan olması üçün rəqəmsallaşdırma prosesi sürətləndirilməlidir. Maliyyənin effektiv idarə edilməsi, özəl sektorun mədəni layihələrə cəlb edilməsi fəaliyyətimizin əsas hissəsidir. Fəaliyyətimizi daha çox layihələr əsasında qurmaq da bizim hədəflərimizdən biridir. Yeni çağırışlara uyğun olaraq nazirlikdə yeni şöbələrin yaradılması prosesi də gedəcək. Bununla əlaqədar artıq iki yeni şöbə yaradılıb,”-nazir deyib.

A. Kərimov deyib ki, biz əcdadlarımızın irsini qorumaqla yanaşı, eyni zamanda, yeni yaradıcılıq nümunələri də yaratmalıyıq.

Oxşar Xəbərlər