Elm və Təhsil

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi davam edir

Movavi

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma 5 iyul saat 23:59-dək davam edəcək 2 iyul saat 14:20-yə olan məlumata əsasən, 5748 bakalavr (Azərbaycan bölməsi üzrə 5215, rus bölməsi üzrə 533) öz ərizəsini təsdiq edib.

Bu barədə “QİA.az”a Mərkəzdən məlumat verilib.

2314 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizələrini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız 5 iyul saat 23.59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button