Elm və TəhsilManşet

Magistraturaya sənəd qəbulu elan edilir

DİM 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrininvə Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.DİM-dən “QİA.AZ” a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsiilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il fevralın 9-dan 18-dək Mərkəzininternet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizəvermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internetsəhifəsində tanış ola bilərsiniz.Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 9 fevral2021-ci il saat 10.00-dan 18 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiqsəhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi”formasını doldurur və təsdiq edir (etdirir).Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və AzərbaycanRespublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən,ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xariciölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulumüddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı vəözləri təsdiq etməlidirlər.Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmışSənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydadabakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dilbiliklərinin qiymətləndirilməsi üzrə keçirilir.İmtahan 2021-ci il fevralın 28-də (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılıolaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqitəfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatikaüzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) testtapşırığı təqdim olunacaqdır.Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.Qeyd edək ki, cari ildə magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdətutulur. İkinci qəbul imtahanının keçirilmə vaxtı və sənəd qəbulu koronavirus pandemiyası iləəlaqədar respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcək vəbu barədə əlavə məlumat veriləcək.Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakınəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqəşərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarınavə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbulimtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilənmüsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elanedilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyətimtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır.İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir(həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəztərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olanbakalavrlar buraxılırlar.Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın busayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişafsəviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığınümunələri təqdim olunub. «Magistr» jurnalının bu sayında, eyni zamanda müsabiqə şərtləri,“Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Əlaqəli xəbər

Back to top button