DünyaGündəm

Mahaçqalada polislərlə silahlı şəxslər arasında atışma

Rusiya Federasiyasının Mahaçqala şəhərində polis əməkdaşları ilə iki naməlum şəxs arasında silahlı insident yaşanıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Atışma nəticəsində bir nəfər hüquq-mühafizə xidmətinin əməkdaşı çiynindən yaralanıb.

Həmçinin polisə hücum edən şəxlərdən biri yaralanıb, digər silahlı isə saxlanılıb.

Hadisənin təfərrüatı ilə bağlı hələlik məlumat verilmir.

Əlaqəli xəbər

Back to top button