Maliyyə naziri: “Aqrar proqramlara bu il 460 mln manatdan çox pul gedəcək”

Yan7,2021

“Kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə bu ilin dövlət büdcəsindən 460 milyon manatdan çox vəsait ayrılacaq”.

“QİA.AZ” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.

Onun sözlərinə görə, bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Oxşar Xəbərlər