Gündəm

Masallıda ikimərtəbəli evdə yanğın olub

Masallı rayonunda ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə,evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli xəbər

Back to top button