Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.
Müraciətdə bildirilir ki, dünya azərbaycanlılarının birliyinin əsas ideyasını azərbaycançılıq təşkil edir.
Qeyd edilir ki, dünya azərbaycanlıları möhkəm birlik nümayiş etdirir. “Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına təkan verib. Qarabağ həsrətinə son qoyulub. Dünya azərbaycanlılarının Qarabağı azad görmə arzusu reallaşıb” – müraciətdə deyilir.